Sabirabadda kimyəvi maddə içərək intihar edən qadının əri də intihara cəhd edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 5 gün əvvəl heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparatı içən qadın Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyeva Aygün Zöhrab qızı Şirvan xəstəxanasında ölüb.

5 gün sonra eyni preparatı içən onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Əliyev Xalid Yavər oğlu həmin kimyəvi maddədən toksiki zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.