ABŞ-da sabiq Preizdent və prezidentliyə namizəd Donald Tramp sui-qəsdə uğrayıb.

Heftelik.az-ın məlumatına görə, Pensilvaniyada keçirilən mitinqdə çıxışı zamanı Donald Trampa atəş açılıb.

Donald Trampa qarşı sui-qəsd zamanı bir nəfər həlak olub, Trampa atəş açan şəxs isə öldürülüb.

Şübhəli bilinən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Qulağından yaralanan Trampın durumu yaxşıdır. Artıq yaralanandan sonra ilkndəfə ictimsiyyət və jurnalistlər qarşısına çıxan Rrampvə seçkiqabağı təşviqat kampaniyasını dayandırmayacağını bəyan edib.