Elektrik qurğularının istismarçısı və sistem operatoru normal iş rejiminin pozulmasının potensial risklərini nəzərə almaqla, onların texniki vəziyyətinin qiymətləndirilməsini təşkil etməli, qəzaların və digər fövqəladə hadisələrin qarşısının alınmasına yönələn profilaktik tədbirlər işləyib hazırlamalı və həyata keçirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularının və şəbəkələrinin texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi “Texniki tənzimləmə haqqında” qanuna uyğun olaraq həyata keçirilməlidir.