Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında səyyar torpaqlanma qurğusunun qoyulması və çıxarılması əməliyyatı dielektrik əlcəklərdən, izoləedici ştanqdan istifadə etməklə yerinə yetirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Qoyulmuş səyyar torpaqlanma qurğusunun sıxacları bu ştanqla, yaxud dielektrik əlcəklərlə bilavasitə əl ilə bərkidilməlidir. Atılma səyyar torpaqlanmanın qurulması və çıxarılması hava xəttində dielektrik əlcəklərlə edilməlidir, gərginliyi 1000 V-dan yuxarı olan hava xəttində dielektrik botlardan (rezin çəkmələrdən) istifadə edilməlidir.