Fəaliyyətdə olan elektrik qurğularında yükqaldıran maşın və mexanizmlərin istifadəsi ilə işlərin təhlükəsiz aparılmasına məsul şəxs təhlükəsizlik üzrə bilikləri sertifikatlaşdırılmış və elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik mütəxəssis olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu mütəxəssisin funksiyaları naryadın “Ayrıca göstərişlər” sətrində qeyd edilməklə naryadverənə və ya iş rəhbərinə həvalə edilə bilər.