Elektrik qurğularında və avadanlıqlarında əməliyyat çevirmələri operativ və operativ-təmir heyəti tərəfindən yerinə yetirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Çevirmələrə ikinci şəxs qismində yalnız istehlakçının profil üzrə cəlb etdiyi təmir və texniki heyət cəlb oluna bilər. Potensial təhlükəli obyektlərdə işləri yerinə yetirən heyətin buraxılışı potensial təhlükəli istehsalat obyektlərinə xidmət göstərmək hüququnu təsdiqləyən vəsiqədə qeyd olunur.