Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Heftelik.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Orxan İrşad oğlu Abbasov ABŞ-ın Qərbi Miçiqan Universitetini bitirib.

O.Abbasov Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini olub.