Ekspertin rəyi ekspertizanı aparmış şəxslər tərəfindən imzalanır.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Bu imzaların həqiqiliyi ekspertiza idarəsində idarənin rəhbəri tərəfindən təsdiq edilir.  Ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə ekspertin tətbiq etdiyi üsulları və ya istifadə olunan terminləri dəqiqləşdirmək zərurəti yarandıqda müstəntiq eksperti dindirmək hüququna malikdir.

Ekspert rəy təqdim edənədək onun dindirilməsi yolverilməzdir.