Gərginliyi 1000 V-dək olan Hava xətlərində yalnız işləmə yerində torpaqlanma quraşdırmaq kifayət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Birdövrəli hava xəttində iş aparılan dayaqda və ya qonşu dayaqda torpaqlanma quraşdırılmalıdır. Hava xəttinin briqada işləyən hissəsinin hər 2 (iki) tərəfindən aralarındakı məsafə 2 km-dən çox olmayan torpaqlanma quraşdırmağa yol verilir.