Hər elektrik qurğusu yerləşgəsinin biri ehtiyat üçün nəzərdə tutulmaqla ən azı 2 (iki) açar dəsti olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğusu yerləşgəsinin açarları daimi operativ heyətin, daimi operativ heyəti olmayan elektrik qurğularında isə inzibati-texniki heyətin qeydiyyatında olmalıdır.
Açarlar nömrələnməli, bağlı qutularda saxlanılmalı və aşağıdakı şəxslərə təhvil-təslim edilməklə verilməlidir:
– yerləşgələr üzrə təkbaşına baxış səlahiyyətinə malik mütəxəssislərə;
– daxilində iş gedən yerləşgələr üzrə naryad və ya sərəncama əsasən işlərin görülməsi zamanı iş icraçısına (nəzarətçiyə).