İş başlayanadək görülməli işlə əlaqədar , “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”n icra vəziyyəti yoxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Həmin yoxlama zamanı bu Qaydaların tələblərinə əməl olunmadığı müəyyən edildikdə, işin görülməsi barədə kimin sərəncam verməsindən asılı olmayaraq, heyətin işə başlaması qadağandır. Meydançaların çəpərlərinə söykənmək, üstünə çıxmaq, boru kəmərlərinin, həmçinin üstü ilə keçmək nəzərdə tutulmayan örtük və konstruksiyaların üzərində gəzmək qadağandır.