İşləmə yerinin hazırlanmasına cavabdeh olan və işə buraxılışa icazə verən şəxsin nələrə cavabdeh olduğu açıqlanlıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşləmə yerinin hazırlanmasına cavabdeh olan və işə buraxılışa icazə verən şəxs aşağıdakılara cavabdehdir:
– avadanlıq və qurğuların açılmasına dair yazılı göstərişlərin verilməsi və onların icrasının təsdiqlənməsinə, həmçinin elektrik qurğularının və şəbəkələrinin faktiki sxemini nəzərə almaqla, naryadda müəyyən olunmuş işləmə yerlərinin hazırlığı üzrə tədbirlərə müvafiq olaraq qurğu və avadanlıqların müstəqil şəkildə açılmasına;
– idarəçiliyində olan avadanlığın açılmasının və qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olub-olmamasına;
– elektrik qurğularında işə buraxılış icazəsi olan briqadalardan vaxt və yerlərinin koordinasiyası, həmçinin briqadaların qeydiyyatı, elektrik qurğularında işə buraxılmış bütün briqadaların işlərini tam bitirməsi, elektrik qurğularının işə qoşulma mümkünlüyü barədə məlumatların alınmasına;
– buraxılan briqadaların iş apardıqları yerlərə gərginliyin verilməsini istisna etmək məqsədilə verilən göstərişlərin, həmçinin kommutasiya aparatlarının qoşulması üzrə müstəqil hərəkətlərin düzgünlüyünə.