Almaniyada təşkil olunan Avropa çempionatının final matçında İspaniya və İngiltərə komandaları qarşılaşıb.
Heftelik.az-ın məlumatına görə, fransalı hakim Fransua Leteksyenin idarə etdiyi oyunda Niko Uilyams 47-ci dəqiqədə ispanları önə çıxarıb.
İngiltərə yığmasında Koul Palmer 73-cü dəqiqədə bərabərliyi təmin edib – 1:1. Mikel Oyarzabal 86-cı dəqiqədə İspaniya komandasını hesabda önə çıxarıb – 2:1.
Beləliklə, İspaniya millisi AVRO-2024-ün qalibi olub. İndiyədək 3 dəfə (1964, 2008, 2012) Avropa çempionluğunun sevincini yaşayan Luis de La Fuentenin baş məşqçisi olduğu İspaniya millisi 4-cü titulu əldə edib. Bununla da ispanlar həm də ən çox Avropa çempionluğunu qazanan komanda olub. Buna qədər həm İspaniya, həm də Almaniya millilərinin hərəyə 3 belə uğuru vardı.
Qaret Sautqeyt isə AVRO-2020-ci ildəki kimi İngiltərə millisini finala çıxarsa da, yenə finalda sevinən tərəf olmayıb.