Cinayət işi üzrə icraatın dayandırılması barədə müstəntiqin qərarının çıxarıldığı andan 24 saatdan gec olmayaraq onun surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Müstəntiq zərər çəkmiş şəxsi, onun nümayəndəsini, mülki iddiaçını, mülki cavabdehi və ya onların nümayəndələrini yazılı qaydada cinayət işi üzrə icraatın dayandırılması barədə qərarla tanış etməli və onlara cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada şikayət verilməsinin mümkünlüyünü izah etməlidir. İcraatı dayandırılmış cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasına yol verilmir.