Qərar və ya icra vərəqəsinin təsdiq olunmuş surəti aidiyyəti orqana təqdim edilməsi üçün ərizəçinin tələbi ilə ona verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Müvəqqəti təminat tədbirlərinin yönəldiyi arbitraj icraatının tərəfinin müvəqqəti təminat tədbirləri ilə müəyyən edilmiş qadağaları pozduğu hallarda dövlətin xeyrinə aşağıdakı miqdarda cərimələr tutulur:
– qiymətləndirilən iddialar üzrə – iddia qiymətinin 50 faizinədək miqdarda;
– qiymətləndirilməyən iddialar üzrə – iki yüz iyirmi manat.