Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və sədr müavini Səyavuş Heydərov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə vəzifələrindən azad olunublar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Media və kommunikasiya şöbəsindən məlumatı təsdiqləyiblər.