Respublikaçılar Partiyası noyabrın 5-nə təyin edilmiş ABŞ prezident seçkilərində Donald Trampı prezidentliyə namizəd kimi rəsmən irəli sürüb.
Heftelik.az-ın məlumatına görə, Donald Trampın Respublikaçılar Partiyasının Miluoki şəhərində keçirilən qurultayında prezidentliyə namizədliyi irəli sürülüb.
ABŞ-nin keçmiş prezidenti Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün yetərincə səs toplayıb.
Donald Tramp ABŞ-nin vitse-prezidentliyinə namizəd kimi Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi seçdiyini açıqlayıb.