Yerli arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi məsələsinə maraqlı tərəfin ərizəsi əsasında baxılır.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Yerli arbitraj məhkəməsinin qərarı arbitraj qərarında müəyyən edilmiş müddət ərzində və ya belə müddət müəyyən edilmədikdə, arbitraj qərarının çıxarıldığı gündən 3 (üç) ay ərzində könüllü icra edilmədikdə, arbitraj qərarının məcburi icrasının təmin edilməsi barədə məhkəməyə müraciət edilə bilər.