AVRO-2024-ün ən yaxşı qolu müəyyənləşib.
Heftelik.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, yarımfinalda İspaniya millisinin hücumçusu Lamin Yamalın Fransanın qapısına vurduğu qol turnirin ən yaxşısı seçilib.
16 yaşlı futbolçu qarşılaşmanın 21-ci dəqiqəsində cərimə meydançasının kənarından rəqib qapısına yol tapıb.
Qeyd edək ki, İspaniya millisi dördüncü dəfə Avropa çempionu olub.