Türkiyədə səhnəyə çıxan azərbaycanlı sənətçi Azərin “Çırpınırdı Qaradəniz” mahnısının sonunda boz qurd salamı verib.
Heftelik.az-ın məlumatına görə, Türkiyədə 15 iyul FETÖ-nün çevriliş cəhdindən 8 il ötüb. 256 vətəndaşın həyatını itirdiyi dövlət çevrilişinə cəhdin 8-ci ildönümü müxtəlif tədbirlərlə anılıb. Prezident Kompleksində keçirilən tədbirdə çıxış edən azərbaycanlı müğənni Azərin boz qurd işarəsi ilə diqqət çəkib.
Azərin boz qurd işarəsi ilə parçasını bitirdikdən sonra prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan alqışlarla cavab verib.