Bakıda ərini boyunbağı ilə boğub öldürən İnessa Vladimirovnanın kassasiya şikayəti təmin edilməyib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə qərar Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, İnessa Vladimirovna Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2021-ci il mayın 9-da paytaxtın Səbail rayonunda Rusiya vətəndaşı İnessa Vladimirovna İsmayılova həyat yoldaşı 1952-ci il təvəllüdlü Rəşid Axundovu boğaraq qətlə yetirib. Belə ki, qadın evdə ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə Rəşid Axundovun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla onu boğaraq öldürüb.

İnnesa İsmayılova barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.