İstehlakçılara elektrik enerjisinin verilişi xidmətinin göstərilməsi, elektrik təsərrüfatının istismarı və ya elektrik qurğularının açılması üçün işləmə yerinin hazırlanmasına icazənin verilməsi və işə buraxılışın verilməsi “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na uyğun şəkildə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Briqada üzvlərinin sayı və tərkibi briqada üzvlərinin təhlükəsizlik üzrə ixtisaslaşmasını, işin yerinə yetirilmə şəraitini və nəzarətçi tərəfindən briqada üzvlərinə nəzarətin təmin edilməsi imkanını nəzərə almaqla müəyyən olunmalıdır.