Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularının işləmə yerinə kommutasiya aparatları vasitəsilə gərginlik verilə biləcək hər tərəfdə gözlə görünən qırılma olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu qırılmalar ayırıcılar açılmaqla və bu Qaydalara müvafiq kompleks paylayıcı qurğu (KPQ) şkaflarından araba irəli çəkilməklə, qoruyucular çıxarılmaqla, ayıranlar açılmaqla, aparatların özlərində quraşdırılmış avtomatik qoşulması yay ilə həyata keçirilən yük açarları istisna olmaqla yük açarlarını açmaqla, naqilləri, kabelləri və şinləri ayırmaqla yerinə yetirilir. Elektrik qurğusunun iş üçün ayrılmış sahəsi ilə əlaqəli güc transformatorları və gərginlik transformatorları açılmalı və əks-transformasiya ilə gərginlik verilməsi imkanlarını istisna edən tədbirlər yerinə yetirilməlidir.