Ərizədə qeyd olunan əməliyyat üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinin müəyyən edilməsinə dair vergi orqanının qərarı olduqda və bu əməliyyat üzrə göstəricilərdə hər hansı dəyişiklik baş vermədikdə vergi orqanı tərəfindən qərarın qəbul edilməsindən imtina edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Ərizədə qeyd olunan əməliyyat artıq baş tutmuş olduqda və ya bu əməliyyatla bağlı vergi orqanının qərarı və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda vergi orqanı tərəfindən qərarın qəbul edilməsindən imtina edilir.