Elektrik qurğularında işləmə yerinin hazırlanması nəzərə alınmadan müddəti bir saatdan çox olmayan qısamüddətli və təxirəsalınmaz işləri sərəncam üzrə həmin qurğuya xidmət edən operativ-təmir heyəti və ya onun nəzarəti altında təmir heyəti yerinə yetirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İcrası üçün bir saatdan çox vaxt və ya nəzarətçi də qoşulmaqla üç nəfərdən çox şəxsin iştirakı tələb edilən qısamüddətli və təxirəsalınmaz işlər naryad üzrə aparılmalıdır.