İşə buraxılışdan sonra briqada tərəfindən təhlükəsizlik tələblərinə riayət edilməsinə nəzarət iş icraçısına (iş rəhbərinə, nəzarətçiyə) həvalə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İş icraçısı (iş rəhbəri, nəzarətçi) öz işini elə təşkil etməlidir ki, iş sahəsinin daha təhlükəli işlərin yerinə yetirildiyi hissəsində olmaqla mümkün qədər briqada üzvlərinə nəzarəti apara bilsin. Nəzarətçinin eyni zamanda digər işi yerinə yetirməsinə yol verilmir.