İşləmə yerinin hazırlanması və işə buraxılışa icazə verilmə hüququ elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik operativ heyətə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Şəbəkəyə aid işləmə yerlərinin hazırlanması üçün icazələr və işəburaxma hüququ digər energetika subyektlərinin elektrik qurğularının istismarı zamanı istismarçının rəsmi göstərişi ilə elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik inzibati-texniki heyətin üzvü olan mütəxəssisə verilir.