Kanal D-nin məşhur serialı “Üç Kız Kardeş”in baş rol ifaçısı Özgü Kaya tətili üçün Bodrumu seçib.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, məşhur aktrisa həm gözəlliyi ilə diqqət çəkib, həm də fit görünüşü ilə heyran olub.
2022-ci ilin iyununda Burak Serdar Şanalla 3 illik münasibətinə son qoyan və hazırda Eren Örenlə eşq yaşadığı bilinən Kaya, rol aldığı serial finala çıxdıqdan sonra bayramın dadını çıxarmağa başlayıb.