Müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Müflis elan olunmuş bankların və sığorta (təkrarsığorta) təşkilatlarının vergi öhdəlikləri müvafiq olaraq “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq yerinə yetirilir.