Müvəqqəti çəpərlərin üzərində “DAYAN! GƏRGİNLİK!” sözləri yazılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 10 kV-a qədər olan elektrik qurğularında cərəyandaşıyan hissələri lövhələrlə çəpərləmək mümkün olmadıqda açılmış və gərginlik altında olan cərəyandaşıyan hissələrin arasında, o cümlədən açılmış ayırıcının kontaktları arasında izolyasiya taxmalarının tətbiq edilməsinə yol verilir. Bu izolyasiya taxmalarının gərginlik altında olan cərəyandaşıyan hissələrə toxunmasına yol verilir.