İş rəhbəri və iş icraçısı (nəzarətçi) işə buraxılışdan öncə işlərin görülməsi üçün işləmə yerini hazırlayarkən işəburaxandan hansı tədbirlərin görüldüyü barədə məlumat almalı və işəburaxanla birlikdə şəxsən işləmə yeri hüdudları çərçivəsində baxış keçirməklə bu hazırlığın vəziyyətini yoxlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Operativ heyət olmadıqda onun icazəsi ilə işlərin görülməsi üçün işləmə yerinin hazırlığını iş rəhbəri və iş icraçısı müstəqil şəkildə yerinə yetirir.