Vergi Məcəlləsində nəzərdə tutulmuş əsaslar olmadığı halda vergi orqanı öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edir və həmin qərarda imtinanın səbəbləri göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərar bu qərarda müəyyən edilmiş tarixdən qüvvəyə minir. Vergi orqanının qərarı əsasında vergi öhdəliyinin yerinə yetirilməsinin uzadıldığı müddət Vergi Məcəlləsində nəzərdə tutulan vergi borcunun tələb edilməsi ilə bağlı 5 illik müddətə daxil edilmir.