Vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir:
– vergi ödəyicisinin adı və ya obyektin adı;
– vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
– bildirişin tarixi;
– bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri;
– verginin növü, hesablanmış verginin və faizlərin məbləği;
– verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri;
– verginin ödənildiyi yer və üsul;
– verginin hesablanmasına əsas olmuş hallar;
– şikayət etmə qaydası.