Xalq artisti infarkt keçirtdi

16 İyul 2024, 10:41
Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.
Heftelik.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı açıqlama verən O.Sənani evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:
“İnfarkt keçirtdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam”.