Aqreqatları (qazanları, turbinləri, generatorları və digər avadanlıqları) və ayrıca texnoloji qurğuları (o cümlədən kül tutan sistemləri, şəbəkəyə qoşulan qızdırıcılar, xırdalama sistemləri) təmirə çıxararkən bu aqreqatların (qurğuların) elektrik mühərriklərində və ya onların hissəsində işlərə 1 (bir) naryad, paylayıcı qurğularda bu aqreqatların elektrik mühərriklərini qidalandıran birləşmələrində və ya onların bir hissəsində işlərin görülməsi ilə bağlı 1 (bir) naryad verməyə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Yalnız eyni gərginlikli elektrik mühərriklərində və bir paylayıcı qurğunun birləşmələrində işlər üçün 1 (bir) naryad verilməsinə yol verilir.