Yaşayış sahəsinə ehtiyacı olan şəhid ailələrinin uçotuna dair yeni qayda müəyyənləşəcək.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqıqnda imzaladığı Fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.