Axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır.