Qəza hallarında operativ-təmir heyəti və ya işəburaxan təmirə çıxarılmış elektrik avadanlığını və ya qurğusunu təmir işləri başa çatdırılmadan briqada tam heyətlə işləmə yerindən çıxarıldıqdan sonra işə qoşa bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu halda iş icraçısı gələnə və ya o naryadı qaytarana qədər işləmə yerlərində iş icraçısına və briqada üzvlərinə elektrik qurğusunun qoşulu olması və işə davam etmənin qadağan olunması barədə məlumat verəcək şəxslər yerləşdirilməlidir.