Kredit və ya elektron pul təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Bu maddənin digər müddəalarından asılı olmayaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərindən irəli gəldiyi halda xarici dövlətin səlahiyyətli orqanından daxil olan müraciətdə (sorğuda) hesab sahibinə müvafiq məlumatın verilməməsi qeyd edildiyi təqdirdə, hesab sahibinə rəsmi məlumat göndərilmir.