İş icraçısının (nəzarətçinin) işləmə yerindən müvəqqəti getməsi üçün onu iş rəhbəri, işəburaxan və ya həmin elektrik qurğusu üzrə naryadverən əvəz edə bilmirsə, iş icraçısı briqadanı işləmə yerindən çıxarmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İş icraçısının (nəzarətçinin) işləmə yerində müvəqqəti olmaması hallarında (30 (otuz) dəqiqədən çox olmamaqla) o özünün olmadığı müddətdə naryadı onu əvəz edən şəxsə verməlidir.