Göstərilən işlər işə buraxılışdan öncə işləmə yerinin hazırlanması üzrə təşkilati və texniki tədbirlər yerinə yetirilməklə aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularında qısamüddətli işlərə aşağıdakılar aid edilir:
– kabellərin, naqillərin, şinlərin avadanlıqlardan və ya qurğulardan ayrılması və ya birləşdirilməsi;
– gərginliyi 0,4 kV olan HX-nin, həmçinin bütün gərginlik siniflərindən olan kabel xəttinin (KX) açılması və qoşulması KX-nin fazalanması, dövrələrinin tamlığının yoxlanılması, transformatorun budaqlanmasının çevrilmələri, yağın nümunəsinin götürülməsi və doldurulması, yağın təmizlənməsi və qurudulması üçün aparatın birləşdirilməsi və ayrılması, cərəyandaşıyan hissələrin qızmasının və titrəyişlərinin yoxlanılması, elektrik ölçü kəlbətini ilə ölçmələrin aparılması.