Növbədə olan operativ heyət yuxarı operativ heyət üzvünün (varsa) icazəsi ilə əməliyyat jurnalında qeydiyyat aparılmaqla və naryadı rəsmiləşdirməklə briqadanın apardığı işlərə cəlb edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğusunda iş görən şəxs bu Qaydaların tələblərinə əsasən, insanlar üçün təhlükəli halların aradan qaldırılması üçün tədbir görmək hüququna malik olmadığı hallarda elektrik qurğularının, maşın, mexanizmlər, qurğular, alətlər, mühafizə vasitələrinin nasazlığını aşkar etdikdə bu barədə həmin elektrik qurğusunun istismaçısının müəyyən etdiyi şəxsə məlumat verməlidir.