İzolyasiya taxmalarını ən azı elektrik təhlükəsizliyi üzrə biri IV qrupdan aşağı olmayan, digəri isə III qrupdan aşağı olmayan qrupa malik 2 (iki) mütəxəssis quraşdırmalı və çıxarmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik mütəxəssis operativ-təmir heyətindən olmalıdır. Taxmalarla əməliyyat zamanı dielektrik əlcəklərdən, izoləedici ştanqlardan, yaxud kəlbətindən, qoruyucu eynəklərdən istifadə edilməlidir.