Müsavat Məclisinin sədri Arif Hacılı da sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini verməyəcək.
Heftelik.az-ın məlumatına görə, Arif Hacılı APA açıqlamasında bildirib ki, belə bir planı yoxdur.
Müsavat Partiyasının başqanı İsa Qəmbər də sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Heftelik.az-ın xəbırinə görə, bu barədə İsa Qəmbər özü məlumat verib.
“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, – deyə o bildirib.