Naryad və sərəncam üzrə işə buraxılış bilavasitə işləmə yerində aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Naryad və sərəncam üzrə işə buraxılış işləmə yerinin hazırlığı yoxlandıqdan sonra aparılır. Bu halda işəburaxan aşağıdakıları etməyə borcludur:

– briqada tərkibinin naryadda və ya sərəncamda göstərilmiş vəsiqələrə uyğunluğunu yoxlamalıdır;

– işləmə yerinin hazırlanması üzrə məqsədli təlimatlandırma aparmalıdır.