Gərginliyi 10 kV olan hava xəttində (HX) işləyərkən gərginliyi 10/0,4 kV olan transformatorların açılması zəruriliyini naryadverən müəyyənləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Əl ilə (mexaniki) idarə olunan ayırıcıların və yük açarlarının açılmasından sonra vizual yoxlamaqla onların açılmış vəziyyətdə olmalarına və şuntlayıcı aralıq bəndinin olmamasına əmin olunmalıdır.