Vergi ödəyicisinin vəzifələrindən biri açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Vergi ödəyicisi olan hər hansı şəxs:

– həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən;

– həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən;

– həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur.

Vergi ödəyiciləri göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.