Axtarış və ya götürmə apararkən bağlı bina və saxlanc yerlərinin sahibləri onları könüllü surətdə açmaqdan imtina etdikdə müstəntiq həmin bina və saxlanc yerlərini açmağa haqlıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Axtarış və ya götürmənin aparılması zamanı aşağıdakılar qadağan edilir:

– qapıların, qıfılların, digər əşyaların lüzumsuz olaraq zədələnməsi və binada qaydanın pozulması;

–  kimyəvi və psixotrop maddələrin, habelə insanın səhhətinə və ətraf mühitə ziyan vura biləcək texniki vasitələrin və ya qurğuların istifadə edilməsi.