Bakı Zooloji Parkında biletin qiymət bahalaşıb.
Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, əvvəllər böyüklər üçün 5 manat olan bilet artıq 7 manata satılır.
Uşaqlar üçün biletin qiyməti isə dəyişməz qalıb: 2 manat.
Bakı Zooloji Parkını ziyarət etmək istəyən xarici ölkə vətəndaşları isə bilet üçün 15 manat ödəməlidirlər.