Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında iş rəhbəri elektrik təhlükəsizliyi üzrə V qrupdan, 1000 V-dək olan elektrik qurğularında isə elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik inzibati-texniki heyətin üzvü olan mütəxəssis təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dan yuxarı olan, seksiyalanmış şin sistemli və ya seksiyalanmamış şin sistemli, dolayı şin sistemi olmayan paylayıcı qurğu, həmçinin hava xətti, kabel hava xətti və kabel xətlərində, gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlərin icrası zamanı naryadı verən iş rəhbəri təyin etməmək hüququna malikdir.